İctimai nəqliyyat 17:00-dan sonra işləməyəcək? - BNA-dan VACİB AÇIQLAMA
Xəbərlər 24 Fevral 2021 17:00 Oxunub 712
İctimai nəqliyyat 17:00-dan sonra işləməyəcək? - BNA-dan VACİB AÇIQLAMA

Marşrut avtobus sürücülərinin bu gün 17:00-dan sonra ictimai nəqliyyatın işləməyəcəyi ilə bağlı xəbərdarlıq etdiyi barədə söz-söhbət dolaşmaqdadır.

Avtosfer.az sfera.az-a istinadən bildirir ki, qurumun mətbuat xidmətinin rəhbəri Mais Ağayev hələ ki, heç bir məhdudiyyətin olmadığını deyib. M.Ağayev avtobus sayının artırılması ilə bağlı məsələyə də aydınlıq gətirdi:

"Bu gün və sabah nəqliyyatın hərəkəti ilə bağlı hansısa məhdudiyyət nəzərdə tutulmayıb. Hazırda avtobus sayının artırılmasına ehtiyac yoxdur. Yolların buz  hissəsi təmizlənərsə, gecikmə halları müşahidə olunmayacaq".

ŞƏRH YAZ
Ad

E-mail

Şərh