Banner

İctimai nəqliyyatda cibgirlik edənlər saxlanıldı - VİDEO

Xəbərlər 2 Aprel 2024 15:18
İctimai nəqliyyatda cibgirlik edənlər saxlanıldı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakının Sabunçu, Suraxanı və digər rayonlarında polisin keçirdiyi tədbirlərlə ictimai nəqliyyatda cibgirlik edən əvvəllər məhkum olunmuş Emil Məmmədov və Rövşən İsmayılov saxlanılıblar.

DİN-dən Avtosfer.az-a verilən məlumata görə, bu şəxslərin avtobuslarda sərnişinlərin pul, mobil telefon və digər qiymətli əşyalarını taladıqları müəyyən edilib. Saxlanılanların avtobuslarda törətdikləri hadisələrin bir neçəsi müşahidə kameraları vasitəsi ilə də qeydə alınıb. Faktlarla bağlı araşdırmalar davam etdirilir.

E.Məmmədov və R.İsmayılovun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polisə müraciət edə bilərlər.

 

Oxunub 636
ŞƏRH YAZ
Ad

E-mail

Şərh