Banner

İctimai nəqliyyatda gediş haqqı 2 dəfə artırılacaq

Xəbərlər 22 Dekabr 2021 13:48 Oxunub 1000
İctimai nəqliyyatda gediş haqqı 2 dəfə artırılacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Gürcüstanın paytaxtı Tbilisidə ictimai nəqliyyatda birdəfəlik gediş haqqı 2 dəfə artırılacaq.

Avtosfer.az xəbər verir ki, bu barədə Tbilisi meri Kaxa Kaladze bildirib.

Onun sözlərinə görə fevralın 1-dən limitsiz bilet sisteminin tətbiqi ilə əlaqədar paytaxt şəhərində 90 dəqiqəlik metro, avtobus və mikroavtobuslarda birdəfəlik gediş haqqının qiyməti 0,5 laridən 1 lariyə qaldırılacaq.

Yeni sistemə görə sərnişinlər 1 günlük biletə 3 lari, 1 həftəlik biletə 20 lari, 1 aylıq biletə 40 lari, 3 aylıq biletə 100 lari, 6 aylıq biletə 150 lari və 1 illik biletə 250 lari ödəməli olacaq.

APA

ŞƏRH YAZ
Ad

E-mail

Şərh