İctimai yerlərdə 4 koronavirus xəstəsi saxlanılıb
Xəbərlər
20 Yanvar 2022 12:19
Oxunub 1020

Yanvarın 19-da polis əməkdaşları tərəfindən respublika ərazisində 4 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.
Daxili İşlər Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, polis əməkdaşları "COVİD-19" virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evləri tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadığı evlərə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













