Banner

"İdrak" liseyində şagirdi tərəfindən güllələnən müəllimədən XƏBƏR VAR

Xəbərlər 17 Fevral 2026 12:33
"İdrak" liseyində şagirdi tərəfindən güllələnən müəllimədən XƏBƏR VAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz

“İdrak” liseyində şagirdi tərəfindən güllələnən müəllim Şəhla Kamilova müalicə aldığı xəstəxanadan evə buraxılıb.

Bu barədə Avtosfer.az-a Kliniki Tibbi Mərkəzdən məlumat verilib.

Bildirilib ki, 06.02.2026-ci il tarixində təcili tibbi yardım briqadası vasitəsilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan 1997-ci il təvəllüdlü şəxs (qadın) 16.02.2026-ci il tarixdə ambulator müalicə üçün evə buraxılıb.

Qeyd edək ki, ona boyun nahiyəsində yad cismin xaric edilməsi əməliyyatı icra olunub. Əvvəl Reanimasiya, daha sonra Neyrocərrahiyyə şöbəsində stasionar müalicə alıb.

Xəbəri rus dilində oxuyun: Раненую в лицее "İdrak" учительницу выписали домой

Xatırladaq ki, fevralın 6-sı Bakıdakı “İdrak” liseyində 10-cu sinif şagirdi Ə.Ş. atasının ov silahı ilə öz riyaziyyat müəllimi Şəhla Kamilovanı güllələyib. Faktla bağlı cinayət işi açılıb. Hadisəni törətməkdə şübhəli bilinən şagird barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Oxunub 124
ŞƏRH YAZ
Ad

E-mail

Şərh