"İğdır-Naxçıvan qaz kəməri regionun enerji təhlükəsizliyinə töhfə verəcək" - Deputat

"İğdır-Naxçıvan qaz kəməri regionun enerji təhlükəsizliyinə töhfə verəcək. Həmçinin, İğdır-Naxçıvan qaz kəməri Naxçıvanın mavi qaza olan tələbatının bir mənbədən asılılığının aradan qaldırılması baxımından vacibdir".
Bunu deputat Vüqar Bayramov deyib. O bildirib ki, kəmər vasitəsilə Naxçıvana ildə 750 milyon kubmetrə yaxın mavi qaz nəql ediləcək, daha sonra mavi qazın illik həcmi iki dəfə artırılacaq, bu da Naxçıvanın artan tələbinin ödənilməsinə imkan yaradacaq.
"Kəmərin əsas üstünlüyü Naxçıvanda mavi qaza olan tələbin fasiləsiz ödənilməsinin təmin edilməsi və Naxçıvanın enerji təhlükəsizliyinin formalaşdırılmasıdır. Bundan əlavə, Naxçıvan tam olaraq mavi qazı qardaş Türkiyə vasitəsilə alacaq. Bu da asılılığı aradan qaldırmış olacaq. Digər tərəfdən, bu cür kəmərlərin çəkilməsi regionda enerji təminatı baxımından vacibdir. Hətta bu layihə bütövlükdə regionun enerji təhlükəsizliyinə töhfə kimi qiymətləndirilir. Gələcəkdə, xüsusilə, Zəngəzur dəhlizi istifadəyə verildikdən sonra region üçün xüsusi töhfəsi olacaq. Kəmər həm də Azərbaycan və Türkiyə arasında münasibətlərin dərinləşməsini göstərən əsas layihələrdən biri kimi çıxış edəcək.
Qeyd edək ki, ötən gün Ankarada İğdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tədbirdə iştirak ediblər.(unikal)
Yollarda duman var - Sürücülərin nəzərinə!
İlqar Hacıyevin Bakıdakı əmlakları müsadirə edildi - Siyahı
İlham Əliyev Fərman imzaladı
Paşinyan dəmiryolu daşımalarına görə İlham Əliyevə TƏŞƏKKÜR EDİB
İlham Əliyevdən diplomatik xidmətə qəbulla bağlı FƏRMAN
Saleh Məmmədovun əsas adamları vəzifələrindən kənarlaşdırıldı - FOTO
Baş nazirdən hərbi qulluqçuların maaşları ilə bağlı - Qərar
Vasif Talıbovun YAXIN ADAMINA cinayət işi açıldı
Prezidentin qızları və gəlini Yaşama Dəstək Mərkəzində - FOTOLAR
Könül Həmzəyeva axtarışa verildi - Dələduzluğa görə
Avtomobil Yolları Dövlət Agentliyində ARAŞDIRMALAR APARILIR










