Banner

İğtişaşlar davam edir: 40-a yaxın avtomobil yandırıldı

Xəbərlər 16 İyul 2024 00:00 Oxunub 632
İğtişaşlar davam edir: 40-a yaxın avtomobil yandırıldı
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İyulun 14-dən 15-nə keçən gecə bütün Fransada Bastilyanın alınması milli bayramının qeyd edildiyi vaxtda Lion küçələrində 40-a yaxın avtomobil yandırılıb. Oxu.az xəbər verir ki, şəhər və şəhərətrafı ərazilərə 1200 yanğınsöndürən cəlb edilib. Avtomobillərin əksəriyyəti Lion aqlomerasiyasının şərqində və cənub-şərqində yandırılıb. Bundan əlavə, şəhərdə iğtişaşlar daha sərt şəkil alıb. Xuliqanlarla polislər arasında toqquşmalar qeydə alınıb. Nəticədə dörd polis əməkdaşı yaralanıb. Həmçinin, yoldan keçən bir nəfər - 60 yaşlı kişi pirotexniki vasitələrdən yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. İğtişaşların yatırılması zamanı altı nəfər saxlanılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh