İki dərman vasitəsi geri çağırılır

"Zeytun Pharmaceuticals" MMC şirkəti 23.07.2025-ci il tarixli məktubunda iki dərman vasitəsinin könüllü geri çağırılması üçün Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinə (AEM) müraciət edib.
Avtosfer.az xəbər verir ki, bu barədə AEM məlumat yayıb.
Məlumata görə, geri çağırılmaya səbəb kimi qablaşdırma zədələnmələri (sızmalar) göstərilib:
"1) Vəsiqə sahibi "Denk Pharma GmbH Ko.KG / Almaniya" şirkəti olan "Para-Denk 125 Suppos" ticarət adlı paracetamol - 125 mg/supp tərkibli rektal şamlar №10 (2×5) blisterdə, karton qutu qablaşmada (27339 seriyalı, son istifadə tarixi 31.03.2026, 27839 seriyalı, son istifadə tarixi 01.08.2026, 26906 seriyalı, son istifadə tarixi 31.07.25) olan dərman vasitəsi;
2) Vəsiqə sahibi "Denk Pharma GmbH Ko.KG / Almaniya" şirkəti olan "Para-Denk 250 Suppos" ticarət adlı paracetamol - 250 mg/supp tərkibli rektal şamlar №10 (2×5) blisterdə, karton qutu qablaşmada (27292 seriyalı, son istifadə tarixi 28.02.2026, 27822 seriyalı, son istifadə tarixi 30.06.2026) olan dərman vasitəsi.
Qeyd edilən dərman vasitələrinin geri çağırılma dərəcəsinin 3 (dərman vasitəsinin şəxsin həyat və sağlamlığına birbaşa təhlükə yaratmadığı hallar), dərman vasitəsinin geri çağırılma səviyyəsinin isə "C" (topdansatış müəssisəsinə qədər) səviyyəsində müəyyən olunduğu bildirilib".
Yoxlama zamanı hər iki dərman vasitəsində göstərilən qüsurların mövcudluğu təsdiqlənib.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 27 noyabr tarixli 460 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dərman vasitələrinin geri çağırılması Qaydası"na uyğun olaraq, adıçəkilən dərman vasitələrinin geri çağırılması barədə qərar qəbul edilib.
Həbs edilən BNA əməkdaşlarından xəbər var - Qərar ləğv edildi
Baş nazirdən yeni QƏRAR
Hərəkətdə olan qatarlara daş atılması ilə bağlı polis profilaktik tədbirlər gördü
Son 10 gündə sərnişin qatarlarına 5 dəfə daş atıldı - FOTOLAR
Prezidentdən hava daşımaları ilə bağlı FƏRMAN
Prezidentdən yeni təyinatlar - SƏRƏNCAM
Metronun xətlərinin ayrılması layihəsində son vəziyyət AÇIQLANDI
Prezident təsdiqlədi: bu, daha 1 il təxirə salındı
Prezidentdən 1,6 milyon manatlıq SƏRƏNCAM
Sürücülərin nəzərinə! - Görünüş məsafəsi məhdudlaşacaq
Televiziya əməkdaşı adı ilə pul tələb edən şəxs saxlanıldı - FOTO










