İki ən təhlükəli İŞİD lideri həbs edildi - FOTO

İraq Milli Kəşfiyyat Xidməti iki İŞİD liderinin tutulması ilə bağlı məlumat paylaşıb.
İraq Milli Kəşfiyyat Xidməti İŞİD terror təşkilatının ən təhlükəli iki liderinin ölkə hüdudlarından kənarda keçirdiyi xüsusi əməliyyat zamanı uğurla həbs edildiyini açıqlayıb. Hər iki şəxsin İraqdakı ən dəhşətli terror cinayətlərində iştirak edən əsas fiqurlar olduğu bildirilir.

Həbs olunanlar arasında 2014-cü ildən Fəllucə şəhərində İŞİD-in media məzmununa cavabdeh olan “Əbu Zayed” ləqəbi ilə tanınan İssam Abd Əli Sədan və 2014-cü ildən sonra həmin şəhərdə İŞİD-in bu ölkədəki terror əməliyyatlarının, həmçinin təhlükəsizlik, rabitə və şifrələnmə “üzrə koordinatoru Əbu Əhməd Etisalat” ləqəbi ilə tanınan Bəşir Əbdül Əli Səidan da var.

Bir neçə gün əvvəl İraq Terrorla Mübarizə Xidməti də İŞİD-in İraqdakı “maliyyə və inzibati məmuru” kimi xarakterizə etdiyi şəxsin saxlanıldığını açıqlamışdı.

(lent.az)
Fidan Azərbaycanla bağlı sevindirici xəbəri açıqladı
Bakıda piyada zonaları ilə bağlı VACİB MƏQAM - "Bunu etməsələr, effekt verməyəcək" - FOTO
Bakının bu rayonlarında söküntü planlaşdırılır - VİDEO
Prezident bu məmuru yüksək vəzifədən azad etdi - SƏRƏNCAM - FOTO
Azərbaycanda 6 gün qar yağacaq - XƏBƏRDARLIQ
İlham Əliyev Şuşa ilə bağlı qanunu imzaladı
"ADY" ötən il 400-ə yaxın blok-qatar qəbul etdi - FOTO - VİDEO
Azərbaycanın şimal-qərb bölgəsinə güclü qar yağır - VİDEO
Quba-Qusar yolunda son vəziyyət necədir? - VİDEO
Bu avtobuslarda gediş haqqı bahalaşdı - Sərnişinlərin DİQQƏTİNƏ!
Prezident müşavirə keçirdi - TAM MƏTN - FOTO - YENİLƏNİB











