Banner

İki icra başçısı cəzalandırıldı; birinə töhmət, birinə xəbərdarlıq

Xəbərlər 17 Fevral 2026 10:41
İki icra başçısı cəzalandırıldı; birinə töhmət, birinə xəbərdarlıq
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın rayon icra hakimiyyətlərinin başçıları və şəhər kommunal xidmətlərinin rəhbərlərinin iştirakı ilə növbəti müşavirə keçirilib.

Avtosfer.az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Suraxanı, Qaradağ və Xəzər rayonlarında sanitar təmizlik məsələlərinin vəziyyətini kəskin tənqid edərək, bu rayonların bəzi qəsəbələrinin ümumşəhər standartlarından geri qaldığını qeyd edib.

Yol verilən nöqsanlara görə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısına töhmət, Xəzər Rayon İcra Hakimiyyətinin başçısına isə şifahi xəbərdarlıq elan edilib.

Şəhər rəhbəri rayon başçılarından yerlərdə vəziyyəti yaxşılaşdırmaq üçün təcili tədbirlərin görülməsini tələb edib.

Töhmət alan Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev çıxış edərək bütün çatışmazlıqların bir ay ərzində aradan qaldırılacağına söz verib.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı qeyd edib ki, rayon icra hakimiyyəti başçıları rayonlarda olan nöqsanları operativ şəkildə aşkar edib aradan qaldırmalı, məsuliyyət və təşəbbüskarlığın bu gün zamanın tələbi olduğunu yadda saxlamalıdırlar./trend

Oxunub 518
ŞƏRH YAZ
Ad

E-mail

Şərh