Banner

İki nəfəri bıçaqla, bir nəfəri tüfənglə YARALADI

Xəbərlər 24 Avqust 2021 20:49 Oxunub 1822
İki nəfəri bıçaqla, bir nəfəri tüfənglə YARALADI
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Qazaxda üç nəfərə xəsarət yetirən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən xəbərə görə, Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində avqustun 22-də rayon sakini R.Əlirzayevə və S.Mansurova bıçaqla, K.Məmmədovun isə ayaq nahiyəsinə odlu silahla xəsarət yetirməkdə şübhəli bilinən şəhər sakini E.Hüseynov saxlanılıb.

Saxlanılan şəxsdən nömrəsi silinmiş “Makarov” markalı tapança və 1 ədəd patron götürülüb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh