İki qurumdan BİRGƏ ƏMƏLİYYAT: Bir tondan artıq yararsız AT ƏTİ AŞKARLANDI - VİDEO

Yasamal rayonunda yerləşən ərzaq anbarlarının birində fəaliyyət göstərən ət kəsimi məntəqəsində mənşəyi məlum olmayan və qidaya yararsız at əti məhsullarının satıldığı aşkarlanıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) və Qida Təhlükəsizliyi Agentliyi (AQTA) birgə məlumat yayıb.
Bildirilib ki, qanunsuz fəaliyyətlə məşğul olan iki nəfər - Kamal Əkbərov və Mehman Cəfərov saxlanılıblar. Sexə baxış zamanı 1 tondan artıq qidaya yararsız at əti aşkar olunub.
Araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxslər mənşəyi məlum olmayan, qidaya yararsız at ətini keyfiyyətli mal əti kimi satışa çıxarıblar. Həmin ətlərdən nümunələr götürülərək Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına göndərilib.
Təyin olunan ekspertizalar zamanı aşkarlanan ətin qidaya yararsız olduğu təsdiq edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Azadlığa çıxan müğənni Dəniz Əsədova yenidən hakim qarşısında
Buz bağlayan bu yol sürücülər üçün əsl tələyə çevrildi - VİDEO
Binədə 4 marketi talayan şəxs tutuldu
Gömrükdəki tanışlarına güvənirdi - Dayısını da özü ilə həbsə apardı
ASCO gəmiləri ilə yükdaşımaların həcmi 5 faizdən çox artdı - FOTO - VİDEO
“Azərişığ”ın idarə rəisi işdən çıxarıldı - Yeni təyinat
Polis 47 kq-dan artıq narkotik aşkarladı
Prezident açılışda çıxış etdi - Tam mətn - FOTOLAR - YENİLƏNİB
Paşinyan Azərbaycandan benzin ixracına dair razılaşmadan danışdı
Paşinyan avtomobilinin nömrəsini dəyişdi: belə olacaq – FOTO
Dələduzluq edən 7 nəfər saxlanıldı











