Banner

İki rayonun Polis Şöbəsinin əməkdaşları şəhid ailələrini ziyarət ediblər - FOTO

Xəbərlər 29 Dekabr 2023 11:38 Oxunub 700
İki rayonun Polis Şöbəsinin əməkdaşları şəhid ailələrini ziyarət ediblər  - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Ağdam rayonunda şəhid ailələri ziyarət olunub

Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində rayon ərazisində yaşayan şəhid ailələrini ziyarət ediblər. Polis əməkdaşları onların qayğıları ilə maraqlanıblar, bayram sovqatları təqdim ediblər. Aztəminatlı ailələrə də baş çəkən polis əməkdaşları bayram münasibəti ilə təbrik edib, onları maraqlandıran məsələləri dinləyiblər, eləcə də bayram sovqatlarını təqdim ediblər. 

 

Göstərilən diqqət və qayğıya görə onlar da öz növbəsində polis əməkdaşlarına razılıqlarını bildiriblər.

 

Laçın Rayon Polis Şöbəsinin əməkdaşları şəhid ailələrini ziyarət ediblər

Laçın Rayon Polis Şöbəsinin əməkdaşları Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində Laçın şəhərində və Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində yaşayan şəhid ailələrini ziyarət ediblər. 

Ziyarət zamanı polis əməkdaşları ailələri bayram münasibəti ilə təbrik edib, onların qayğıları ilə maraqlanıblar, bayram sovqatlarını təqdim ediblər. Qəhrəmanlıq salnamələri yazan mərd döyüşçülərin əziz xatirələri yad edilib, şəhidlərimizin Azərbaycan xalqının yaddaşında əbədi yaşayacağı qeyd olunub. Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə polis əməkdaşlarına razılıqlarını bildiriblər.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh