Banner

DİN-dən Bakıda küçədə gecələyən iki uşaqla bağlı AÇIQLAMA - YENİLƏNİB + VİDEO

Xəbərlər 28 Sentyabr 2022 12:18 Oxunub 1204
DİN-dən Bakıda küçədə gecələyən iki uşaqla bağlı AÇIQLAMA - YENİLƏNİB + VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Daxili İşlər Nazirliyi Bakıda küçədə gecələyən uşaqlarla bağlı açıqlama verib. 

Qurumdan Oxu.Az-a bildirilib ki, uşaqlar polis əməkdaşları tərəfindən Nəsimi rayonu ərazisində tapılıb.

Qeyd edilib ki, hazırda onların aidiyyəti üzrə təhvil verilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir.

***

Bakı şəhərində iki yeniyetmə küçədə gecələyir. 

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Bildirilib ki, Səməd Vurğun küçəsində iki oğlan küçədə yatır. 

Məsələ barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyindəki Sosial Xidmətlər Agentliyi ilə əlaqə saxladıq. 

Qurumun İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Murad Həşimov Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirib ki, artıq əməkdaşlar əraziyə yönləndiriliblər:

“Məsələ araşdırılır”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh