İKTA və “ComCom” rəsmiləri arasında görüş keçirildi

Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) və Gürcüstanın rabitə tənzimləyici qurumu olan Kommunikasiya Komissiyasının (ComCom) rəsmiləri arasında görüş olub.
Avtosfer.az xəbər verir ki, görüşdə İKTA-nın Tənzimləmə departamentinin direktoru Tural Zərbəliyev son dövrlərdə Azərbaycan istiqamətində artan dələduzluq məqsədli zənglərlə bağlı narahatlıqları diqqətə çatdırıb. Bildirilib ki, sözügedən zənglərin əksər hissəsi Azərbaycanın milli nömrələmə formatını təqlid edən və Gürcüstanın beynəlxalq telefon kodu 995 ilə təqdim olunan nömrələrdən həyata keçirilir.
Müzakirələr zamanı dələduzluq hallarının qarşısının alınması məqsədilə təklif olunan həll yolları ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər qarşılıqlı əməkdaşlığın genişləndirilməsinin regional telekommunikasiya təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verəcəyini vurğulayıblar. Qeyd olunub ki, belə görüşlər operativ informasiya mübadiləsinin qurulması, risklərin vaxtında müəyyənləşdirilməsi və koordinasiyalı fəaliyyətin həyata keçirilməsinə şərait yaradır.
Həmçinin vurğulanıb ki, kiberdələduzluq və saxta zənglərə qarşı mübarizə üzrə regional əməkdaşlığın gücləndirilməsi, qabaqcıl beynəlxalq təcrübənin paylaşılması və texniki imkanların uyğunlaşdırılması dayanıqlı həllərin formalaşdırılmasında mühüm rol oynayacaq.
Prezident yeni qanun imzaladı - Xərclər qismən geri ödəniləcək
Azərbaycanda utilizasiya olunan köhnə maşınların sayı açıqlandı
İlham Əliyev Sərəncam İMZALADI
Baş nazir xüsusi karantin rejimi ilə bağlı QƏRAR VERDİ
Prezident Agentliyin hərbi qulluqçularını TƏLTİF ETDİ - SİYAHI
Yollarda görünüş məhdudlaşacaq
Yollarda duman var - Sürücülərin nəzərinə!
İlqar Hacıyevin Bakıdakı əmlakları müsadirə edildi - Siyahı
İlham Əliyev Fərman imzaladı
Paşinyan dəmiryolu daşımalarına görə İlham Əliyevə TƏŞƏKKÜR EDİB
İlham Əliyevdən diplomatik xidmətə qəbulla bağlı FƏRMAN










