İlan idarə panelinə çıxıb və sürücünü qorxudub - FOTO
Xəbərlər
28 Aprel 2023 16:49
Oxunub 994

Böyük Britaniyanın Melton Mowbray şəhərinə avtosalondan avtomobil gətirən sürücü avtomobilin idarə panelində uzun ilan tapıb. Avtosfer.az xəbər verir ki, bu barədə “Daily Mirror” məlumat yayıb.
Sürünən səyahət zamanı bayıra çıxıb və sürücünü çox qorxudub. O, yolun kənarına çıxıb və Vəhşi Təbiət Xilasetmə Xidmətinə müraciət edib. İlan əli çatmayan və elektrik naqillərinə bükülü olduğundan sürücünün yanına gələn xilasedicilər sərnişin oturacağını sökməli, həmçinin xalça və üzlükləri çıxarmalı olublar.
Məlum olub ki, sürünən qarğıdalı ilanıdır. O, xilasedicilərdən birini dişləməyə çalışsa da, onlar onu yaxalayaraq avtomobildən çıxara biliblər. Xilasedicilərin sözlərinə görə, ilanın avtomobilə necə düşdüyü məlum deyil.
Leyla
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













