Banner

İlham Əliyev almaniyalı həmkarına başsağlığı verdi

Xəbərlər 21 Dekabr 2024 10:47 Oxunub 156
İlham Əliyev almaniyalı həmkarına başsağlığı verdi
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Azərbaycan Prezidenti İlham Əliyev Almaniyanın Maqdeburq şəhərində Milad yarmarkası zamanı baş verən faciəli hadisə ilə bağlı Almaniya Prezidenti Frank-Valter Ştaynmayerə başsağlığı verib.

Avtosfer.az xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Maqdeburq şəhərindəki Milad yarmarkasında baş vermiş faciəli hadisə nəticəsində insanların həlak olması və xəsarət alması xəbəri bizi son dərəcə sarsıtdı.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Almaniya xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh