İlham Əliyev: “Azərbaycan ordusu artıq bir çox yaşayış məntəqəsini işğaldan azad edib”

“Bir aydan çoxdur ki, müharibə gedir. Biz işğalçılara dərs veririk, onları torpaqlarımızdan qovuruq”.
Bunu bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının keçmiş Baş naziri Binəli Yıldırımın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edən zaman bildirib.
Prezident qeyd edib ki, Azərbaycan ordusu artıq bir çox yaşayış məntəqəsini işğaldan azad edib:
“Hər həftə onlarla yaşayış məntəqəsi - kəndlər, şəhərlər, qəsəbələr işğalçılardan azad edilir. Müzəffər Azərbaycan ordusu öz uğurlu əməliyyatlarını davam etdirir. İşğal edilmiş ərazilərdə vəziyyət acınacaqlıdır. Tarixi abidələrimiz dağıdılıb, təhqir edilib”.
“Döyüş meydanında qarşımzda dayana bilməyən Ermənistan silahlı qüvvələri hər gün şəhər, kəndlərimizi atəşə tutur. Bir ay ərzində hücumlar nəticəsində 91 mülki şəxs həlak olub, onlardan 10-u uşaqdır”, - deyə dövlət başçısı qeyd edib.
Prezident əlavə edib ki, biz region üçün böyük təhlükə mənbəyi olan erməni faşizminin belini qırırıq:
“Heç kim bizim qarşımızda dayana bilməz və bu yoldan çəkindirə bilməz. Ermənistan atəşi dayandırsa, qalan torpaqlarımzdan qoşunlarının çıxarması ilə bağlı konkret öhdəliyi üzərinə götürsə, dayanmağa hazırıq”.
Bu yolda sürət həddi bərpa edildi
Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti qismən bərpa olundu - YENİLƏNİB
NİİM işıqforlarla bağlı hərəkət iştirakçılarına müraciət etdi - FOTOLAR
Azərbaycan neftinin qiyməti rekord həddə bahalaşdı - SON RƏQƏM
Bu yolda sürət həddi endirildi - FOTO
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda duman olacaq
Bakıda yaşayanlara VACİB XƏBƏR! - Bu gündən etibarən...
Yollarda görünüş MƏHDUDLAŞACAQ - SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ!
Ermənistana göndərilən Rusiya taxılı Biləcəridən yola salınıb - FOTO - YENİLƏNİB
5 milyona görə Vasif Talıbovu günahlandırır - Bu məmurların da adı keçir
Dövlən Agentliyi MAXE qəbulu başladı - Yaş və boy bu qədər olmalıdır










