İlham Əliyev: “Bayraktar” uğurlarımızın əldə edilməsində müstəsna rol oynadı”

Xəbərlər 10 Dekabr 2020 19:26 Oxunub 814
İlham Əliyev:  “Bayraktar” uğurlarımızın əldə edilməsində müstəsna rol oynadı”
WhatsApp kanalımıza abunə ola bilərsiniz

“Bu gün imzalanmış bir neçə sənəd Türkiyənin inkişaf etmiş sənaye məhsullarını Azərbaycana təqdim edəcək. Bu gün imzalanmış sənədlər son illər imzalanmış sənədlər arasında çox kiçik yer tutur”.

Bu sözləri bu gün Türkiyə və Azərbaycan arasında sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyev bildirib.

“Vətən müharibəsində Türkiyənin müdafiə sənayesinin məhsulu olan məşhur “Bayraktar” böyük dəyişikliklərə səbəb olub. Bizim uğurlarımızın əldə edilməsində müstəsna rol oynadı. Bütün dünya türk xalqının zəkasını, istedadını bir daha gördü. Türk sənayesinin inkişaf etmiş olduğunu bir daha gördü”, - ölkə başçısı bildirib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh