İlham Əliyev Çavuşoğluya başsağlığı verdi

Xəbərlər 18 Aprel 2025 12:48
İlham Əliyev Çavuşoğluya başsağlığı verdi
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin millət vəkili Mövlud Çavuşoğluya başsağlığı verib.

Avtosfer.az xəbər verir ki, başsağlığında deyilir:

"Hörmətli cənab Çavuşoğlu.

Ailənizə üz vermiş ağır itki – atanız Osman Çavuşoğlunun vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu üzüntülü anlarda dərdinizə şərik çıxır, Sizə və ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verir, səbir diləyirəm.

Allah rəhmət eləsin!".

Oxunub : 456
ŞƏRH YAZ
Ad

E-mail

Şərh