Banner

İlham Əliyev: Ermənistan yükləri bir gün birbaşa Azərbaycan üzərindən daşınacaq

Xəbərlər 21 Yanvar 2026 12:53
İlham Əliyev: Ermənistan yükləri bir gün birbaşa Azərbaycan üzərindən daşınacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda keçirilən “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda panel iclasında çıxışı zamanı regional nəqliyyat və logistika imkanlarından danışıb.

Avtosfer.az-ın məlumatına görə, dövlət başçısı bildirib ki, Azərbaycan Qazaxıstandan və Rusiyadan Ermənistana yüklərin daşınması ilə bağlı bütün məhdudiyyətləri aradan qaldırıb. Onun sözlərinə görə, artıq Ermənistandan Rusiyaya yüklərin nəqli ilə bağlı müraciət daxil olub və Azərbaycan faktiki olaraq birtərəfli qaydada dəhlizləri açıb.

Prezident qeyd edib ki, hazırda bu daşımalar Gürcüstan vasitəsilə həyata keçirilir, lakin gələcəkdə marşrut Ermənistan ərazisindən keçəcək:
“Bir gün Ermənistana məxsus yüklər birbaşa Azərbaycan vasitəsilə daşınacaq və həmin gün çox da uzaqda deyil”, – deyə İlham Əliyev vurğulayıb.

Dövlət başçısı, həmçinin ABŞ-ın himayəsi altında həyata keçirilən və TRIPP adlanan bağlantı layihəsinə toxunub. Onun sözlərinə görə, bu layihə Xəzər dənizindən keçərək Asiyadan Azərbaycana, Ermənistana, Azərbaycanın bir parçası olan Naxçıvandan Türkiyəyə, oradan isə Avropaya qədər uzanan yeni nəqliyyat dəhlizi yaradacaq.

Prezident İlham Əliyev marşrutların çoxluğunun istehlakçıların, təchizatçıların və tranzit ölkələrin maraqlarına xidmət etdiyini də əlavə edib.

Oxunub 252
ŞƏRH YAZ
Ad

E-mail

Şərh