İlham Əliyev Ermənistanda keçiriləcək sammitdə iştirak etmək niyyətində deyil

Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanda 2026-cı ilin may ayında keçiriləcək Avropa Siyasi Birliyi (ASB) sammitində iştirak etmək niyyətində deyil.
Avtosfer.az-ın məlumatına görə, bu barədə "Caliber.Az" mənbələrə istinadən yazıb.
"İkitərəfli münasibətlərin hazırkı səviyyəsi Prezident Əliyevin İrəvana səfərini aktual addım kimi nəzərdən keçirməyə hələlik imkan vermir. Azərbaycan real fəaliyyət prinsipindən çıxış edir. Saziş (sülh sazişi - red.) imzalanmadan və praktiki mexanizmlər işə salınmadan yüksək səviyyəli səfər prosesin tamamlanması ilə bağlı yanlış təəssürat yarada bilərdi. Hüquqi baza rəsmiləşdirilmədən və öhdəliklərin yerinə yetirilməsinə başlanılmadan bu cür addımların atılması hələ tezdir", - "Caliber.Az" qeyd edib.
Eyni zamanda, qeyd olunub ki, gələcəkdə yüksək səviyyədə səfərlərin həyata keçirilməsi perspektivi istisna edilmir.
"Əksinə, sülh sazişinin imzalanmasından və icrasına başlanılmasından sonra bu, prosesin məntiqi davamı olacaq. İndi isə daha əvvəl razılaşdırılmış öhdəliklərin yerinə yetirilməsi üçün praktiki addımlar atılmalıdır ki, bu da sülhü təkcə de-fakto deyil, həm də de-yure möhkəmləndirəcək", - "Caliber.Az" vurğulayıb.
Qeyd edək ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan oktyabrın 27-də bildirib ki, hökumət Azərbaycan Prezidenti İlham Əliyevi Avropa Siyasi Birliyinin 2026-cı ilin may ayında İrəvanda keçirilməsi planlaşdırılan sammitinə dəvət edib. O dəqiqləşdirib ki, "hazırda müvafiq dəvətin sənədləşdirilməsi üzərində iş gedir".
Azərbaycanın şimal-qərb bölgəsinə güclü qar yağır - VİDEO
Quba-Qusar yolunda son vəziyyət necədir? - VİDEO
Bu avtobuslarda gediş haqqı bahalaşdı - Sərnişinlərin DİQQƏTİNƏ!
Prezident müşavirə keçirdi - TAM MƏTN - FOTO - YENİLƏNİB
Avtobusda soyğunçuluq edən 3 nəfər saxlanıldı - VİDEO
Dumanlı hava şəraiti səbəbindən görünüş məhdudlaşacaq
Sabahdan Gəncə-Qəbələ-Gəncə qatarı fəaliyyətə başlayır
Zəif maqnit qasırğası proqnozlaşdırılır - Günəşdə aktivlik artıb
Azərbaycanda bu taksi şirkəti bağlanır
Vəfadan maşın-pul alanı Allah görbagor etsin - Kərimov - FOTO
Prezident İlham Əliyev deputatla bağlı sərəncam verdi - FOTO











