İlham Əliyev İzmirə görə Ərdoğana zəng etdi: "Qardaş ölkəyə hər cür yardım göstərməyə hazırıq"
Xəbərlər
30 Oktyabr 2020 18:10

Oktyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.
Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Dövlət başçısı Türkiyənin Egey bölgəsində baş vermiş zəlzələ ilə əlaqədar xalqımızın üzüntü hissi keçirdiyini vurğulayıb, bu hadisə ilə bağlı “keçmiş olsun” deyib.
Prezident İlham Əliyev hər zaman olduğu kimi, bu gün də xalqımızın dost və qardaş Türkiyənin yanında olduğunu qeyd edərək bildirib ki, Azərbaycan qardaş ölkəyə hər cür yardım göstərməyə hazırdır.
Prezident Rəcəb Tayyib Ərdoğan telefon zənginə və göstərilən diqqətə görə dövlət başçısına minnətdarlığını bildirib.
Oxunub : 1002
DİGƏR XƏBƏRLƏR
28 Fevral 2026 09:28
Sürücülərin nəzərinə! - Görünüş məsafəsi məhdudlaşacaq
25 Fevral 2026 16:00
Televiziya əməkdaşı adı ilə pul tələb edən şəxs saxlanıldı - FOTO
25 Fevral 2026 14:36
Allahşükür Paşazadənin oğlu yüksək vəzifəsindən AZAD EDİLDİ
24 Fevral 2026 16:41
"AzParking”dən qeyri-qanuni parklanma halları ilə bağlı sürücülərə xəbərdarlıq
24 Fevral 2026 15:18
Polis Bakıda əməliyyat keçirdi - İşin içində İran vətəndaşı da var - VİDEO
24 Fevral 2026 14:18
Naxçıvan sakinlərinə ŞAD XƏBƏR - Sərəncam imzalandı
24 Fevral 2026 13:53
Elşad Abdullayevin onmilyonlarla manatlıq əmlakları MÜSADİRƏ EDİLDİ - SİYAHI
24 Fevral 2026 13:36
Sifarişli daşımalara buraxılış vəsiqəsinin verilməsi üçün tələblər sərtləşdirilir
24 Fevral 2026 11:56
Bu halda avtomobil cərimə meydançasından dərhal çıxarılacaq - FOTO
23 Fevral 2026 11:30
Bu şəxslərə “Tərəqqi” medalı verilib - SİYAHI
21 Fevral 2026 15:30
Fuad Nəcəfli istintaqa cəlb edildi
21 Fevral 2026 12:14
Prezidentdən Naxçıvanla bağlı SƏRƏNCAM: Bir neçə quruma göstəriş verildi
ŞƏRH YAZ










