İlham Əliyev Konqres iştirakçılarına məktub ünvanladı - YENİLƏNİB

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin onkoloqlarının Birinci Konqresinin iştirakçılarına məktub ünvanlayıb.
Avtosfer.az xəbər verir ki, məktubda deyilir:
"Hörmətli Konqres iştirakçıları!
Türk Dövlətləri Təşkilatına üzv ölkələrin onkoloqlarının Birinci Konqresinin Bakı şəhərində öz işinə başlaması münasibətilə sizi ürəkdən salamlayır, sağlamlığın qorunmasına yönəlmiş nəcib fəaliyyətinizdə hər birinizə müvəffəqiyyətlər arzulayıram.
İnsanların getdikcə daha sıx qarşılaşdıqları sağlamlıq problemlərinə diqqətin artırılması məqsədilə aktual mövzulu ilk belə tədbirin ölkəmizin paytaxtında təşkilini məmnunluq hissi ilə qarşılayır və bunu, Azərbaycanda onkoloji xidmətin ötən illər ərzində keçdiyi uğurlu yola, imza atdığı nailiyyətlərə verilən dəyərin xüsusi ifadəsi hesab edirəm.
Azərbaycanın səhiyyə sistemi bu gün müasir müayinə və müalicə üsulları üçün kifayət qədər geniş imkanlar yaradan zəngin maddi-texniki bazaya və yüksək hazırlıqlı kadr potensialına malikdir. Respublikamızda səhiyyənin ayrı-ayrı sahələrinin sürətli inkişafını nəzərdə tutan layihələr və dövlət proqramları ardıcıl icra olunur.
Türk Dövlətləri Təşkilatının ümumi hədəflərə yönəlmiş hərtərəfli əməkdaşlığı təşviq etməsi toplanmış qiymətli təcrübədən ölkələrimizin birgə faydalanmalarının və problemlərin həllində ortaq səyləri gücləndirmələrinin zəruriliyini ön plana çıxarır.
Bu baxımdan, Konqresdə dünyanın müxtəlif guşələrindən gəlmiş qabaqcıl mütəxəssislərin tibb elminin son yenilikləri əsasında birlikdə aparacaqları geniş diskussiya və ətraflı müzakirələrin Türk Dövlətləri Təşkilatına üzv ölkələrin səhiyyə qurumları qarşısında duran məsələlərin bir çox mühüm aspektlərini əhatə etməsi təqdirə layiqdir.
İnanıram ki, Konqresiniz elmi və praktiki əhəmiyyəti ilə mövcud müalicə metodlarının daha da təkmilləşdirilməsi işinə öz töhfəsini verəcək, Türk dünyası ölkələri onkoloqlarının gələcək qarşılıqlı fəaliyyətinin başlıca prioritetlərini müəyyən edəcəkdir".
***10:38
Bakıda Türkdilli Dövlətlər Birliyi Onkoloqlarının Birinci Konqresi öz işinə başlayıb.
Avtosfer.az xəbər verir ki, tədbirə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Tacikistandan 500 nəfərə yaxın akademik və Onkologiya sahəsinin mütəxəssisləri iştirak edir.
Tədbirdə ilk olaraq Prezident İlham Əliyevin konqres iştirakçılarına müraciətini oxuyub.
Həbs edilib azadlığa buraxılan məmurun milyonluq əmlakları satışa çıxarılır - ŞOK SİYAHI
Dörd ay əvvəl tutulan şirkət rəhbəri həbsdən buraxıldı - FOTO
“İnanın mənə, bu, xoş hissdir” - Prezident sülhdən danışdı
Prezident Davosda “Euronews”a müsahibə verdi - FOTOLAR - YENİLƏNİB
Fidan Azərbaycanla bağlı sevindirici xəbəri açıqladı
Bakıda piyada zonaları ilə bağlı VACİB MƏQAM - "Bunu etməsələr, effekt verməyəcək" - FOTO
Bakının bu rayonlarında söküntü planlaşdırılır - VİDEO
Prezident bu məmuru yüksək vəzifədən azad etdi - SƏRƏNCAM - FOTO
Azərbaycanda 6 gün qar yağacaq - XƏBƏRDARLIQ
İlham Əliyev Şuşa ilə bağlı qanunu imzaladı
"ADY" ötən il 400-ə yaxın blok-qatar qəbul etdi - FOTO - VİDEO











