İlham Əliyev Mixael Harmsı qəbul etdi - FOTOLAR - YENİLƏNİB

Azərbaycan Prezidenti İlham Əliyev mayın 30-da Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsı qəbul edib.
Avtosfer.az xəbər verir ki, söhbət zamanı dövlətimizin başçısının Mixael Harmsla, həmçinin Almaniya biznes dairələri və şirkətlərinin nümayəndələri ilə görüşləri məmnunluqla xatırlandı, Almaniya Prezidentinin ölkəmizə səfərinin ikitərəfli münasibətlərimizin, o cümlədən iqtisadi sahədə əlaqələrimizin genişlənməsində rolu vurğulandı.
Azərbaycanla Almaniya arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi-ticari sahədə əməkdaşlığın inkişaf etdiyi bildirildi.
Mixael Harmsın ölkəmizə səfərinin səmərəli olacağına və iqtisadi əməkdaşlıqla bağlı gündəliyimizin müzakirəsi üçün yaxşı imkan yaradacağına ümidvarlıq ifadə edildi.
Qonaq bu gün qarşılıqlı iqtisadi layihələrlə bağlı AZPROMO ilə “Yol xəritəsi”nin imzalanacağını qeyd edərək, bu məsələdə Azərbaycan Prezidentinin siyasi dəstəyini vurğuladı.
Görüşdə Azərbaycanda mövcud olan əlverişli investisiya şəraitinə toxunularaq, bu xüsusda alman iş adamlarının ölkəmizə sərmayə yatırmaları qeyd edildi və iqtisadi əlaqələrin perspektivlərinə dair fikir mübadiləsi aparıldı.
***10:41
Azərbaycan Prezidenti İlham Əliyev mayın 30-da Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsı qəbul edib.
Avtosfer.az-ın məlumatına görə,, bu xəbəri Prezidentin Mətbuat Xidməti yayıb.


Yollarda duman var - Sürücülərin nəzərinə!
İlqar Hacıyevin Bakıdakı əmlakları müsadirə edildi - Siyahı
İlham Əliyev Fərman imzaladı
Paşinyan dəmiryolu daşımalarına görə İlham Əliyevə TƏŞƏKKÜR EDİB
İlham Əliyevdən diplomatik xidmətə qəbulla bağlı FƏRMAN
Saleh Məmmədovun əsas adamları vəzifələrindən kənarlaşdırıldı - FOTO
Baş nazirdən hərbi qulluqçuların maaşları ilə bağlı - Qərar
Vasif Talıbovun YAXIN ADAMINA cinayət işi açıldı
Prezidentin qızları və gəlini Yaşama Dəstək Mərkəzində - FOTOLAR
Könül Həmzəyeva axtarışa verildi - Dələduzluğa görə
Avtomobil Yolları Dövlət Agentliyində ARAŞDIRMALAR APARILIR










