Banner

İlham Əliyev və Mehriban Əliyeva Xocalının Şuşakənd kəndinin ərazisinə baxış keçiriblər - FOTO

Xəbərlər 20 Dekabr 2023 18:03 Oxunub 816
İlham Əliyev və Mehriban Əliyeva Xocalının Şuşakənd kəndinin ərazisinə baxış keçiriblər  - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Dekabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xocalı rayonunda olublar.

Dövlətimizin başçısı və birinci vitse-prezident rayonun qədim Şuşakənd kəndinin ərazisinə baxış keçiriblər.

Qeyd edək ki, Şuşakənd kəndi 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Kənd 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra separatçılardan təmizlənib.

Qədim tarixə malik kənddə bəzi tədqiqatlara görə, eramızın əvvəllərində Şimali Qafqaz çöllərində yaşamış türkdilli tayfalar məskunlaşıb.

Kəndin ərazisi turizm və kənd təsərrüfatı potensialına malikdir.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh