Banner

İlham Əliyev venesuelalı həmkarını təbrik etdi

Xəbərlər 5 İyul 2025 11:11 Oxunub 220
İlham Əliyev venesuelalı həmkarını təbrik etdi
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Azərbaycan Prezidenti İlham Əliyev Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduro Morosa təbrik məktubu göndərib.

Avtosfer.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Venesuela Bolivar Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Azərbaycan-Venesuela dostluq münasibətləri xoş ənənələrə əsaslanır. Əminəm ki, dövlətlərarası əlaqələrimizin möhkəmləndirilməsi, müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığımızın böyük potensialının reallaşdırılması istiqamətində birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Venesuela xalqına daim əmin-amanlıq və rifah arzulayıram".

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh