Banner

İlham Əliyev yenidən Paşinyanla görüşəcək - Tarix açıqlandı

Xəbərlər 30 Mart 2022 23:41 Oxunub 2176
İlham Əliyev yenidən Paşinyanla görüşəcək - Tarix açıqlandı
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Avropa İttifaqı bu gün Brüsseldə Ermənistan və Azərbaycanın yüksək səviyyəli rəsmilərinin görüşünə ev sahibliyi edib.

Avtosfer.az bu barədə Aİ-nin saytına istinadən xəbər verir. Görüş hər iki ölkə arasında bir sıra məsələlərin həlli yollarını tapmaq istiqamətində birgə səyləri inkişaf etdirmək üçün təşkil edilib. Xüsusilə, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında 2022-ci il aprelin 6-da Brüsseldə keçiriləcək görüşə hazırlıqla bağlı müzakirələr aparılıb. Qeyd edək ki, bugünkü görüşdə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar iştirak edib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh