İlham Əliyevdən sonra Paşinyana zəng etdi

Ermənistanın baş naziri Nikol Paşinyan Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta ilə telefon danışığı aparıb.
Avtosfer.az xəbər verir ki, bu barədə erməni KİV yazıb.
Baş nazir Avropa İttifaqı Şurasının prezidentini yüksək vəzifəyə seçilməsi münasibətilə təbrik edib, ona uğurlar arzulayıb, həmçinin Ermənistan-Avropa İttifaqı əməkdaşlığının hazırkı durumundan məmnunluğunu bildirib.
Koştanın sualına cavab olaraq Paşinyan ona Ermənistan-Azərbaycan sülh prosesinin hazırkı vəziyyəti barədə məlumat verib və Ermənistan hökumətinin sülh gündəliyindən kənara çıxmayacağını vurğulayıb.
Həmsöhbətlər gələcəkdə də uyğun hallarda dialoqun davam etdirilməsi barədə razılığa gəliblər.
Xatyırladaq ki, Avropa İttifaqı Şurasının Prezidenti yanvarın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng etmişdi.
Prezident onu nazir müavini vəzifəsindən AZAD ETDİ
Ağlasığmaz fırıldaqları ilə məşhurlaşan “polkovnik”in taleyi necə oldu? - FOTOLAR
Bakının mərkəzi küçəsində sürücüləri çaşdıran yol nişanı ilə bağlı TƏDBİR GÖRÜLDÜ - FOTO
Hikmət Hacıyevin də adından yayılan video saxtadır - RƏSMİ
Məcəlləyə dəyişiklik edildi - Bu qayda pozuntusuna görə 500 manat cərimə
Sabah görünüş məsafəsi məhdudlaşacaq
Niyaməddin Musayevin qızı polkovnik imiş, uzun müddət RƏİS İŞLƏYİB
Bəzi ərazilərdə velosiped zolaqları ləğv edilsin - TƏKLİF
Metronun "Memar Əcəmi" stansiyasının girişində təhlükəli vəziyyət yaranıb? - RƏSMİ AÇIQLAMA
Müslümovla Hacıyevin əmlakları satışda - 350 minlik mənzil, avtomobillər… - FOTO
Həbs edilib azadlığa buraxılan məmurun milyonluq əmlakları satışa çıxarılır - ŞOK SİYAHI











