İlham Əliyevin 8 yaşında çəkdiyi rəsm - FOTO

Prezident İlham Əliyevin 8 yaşında çəkdiyi rəsm yenidən sosial şəbəkələrdə gündəm olub.
Avtosfer.az xəbər verir ki, bir neçə il əvvəl AzPost hərbi mövzuda çəkilmiş rəsmin SSRİ Dövlət Təhlükəsizlik Komitəsi sədrinin birinci müavini Semyon Sviqunun həyat yoldaşı Rozalina Sviquna hədiyyə edildiyini yazıbmış.
Həmin şəkildə qırmızı mürəkkəblə “Əziz və çox qiymətli Roza xalaya İlhamdan. 1969-cu il” sözləri qeyd edilib.
Bildirilib ki, rəsm barədə illər sonra general Sviqunun nəvəsi Violetta Niçkova paylaşım edib. V.Niçkova nənəsinin Bakıda keçirdikləri illərlə bağlı generaltsvigun.ru saytında yayımlanan xatirələrində Əliyevlər ailəsi ilə dostluq münasibətlərindən bəhs edib.
O qeyd edib ki, ailəsi Heydər Əliyevin həmin illərdə göndərdiyi təbrik məktublarını qoruyub saxlayıb: “Ailə arxivimizdə Əliyevlərin babama yazdıqları məktublar, teleqramlar bu gün də qalıb. Nənəmin Bakıda yaşadığı illərdə yazdığı gündəlikdə həmin dostluq münasibətləri barədə çoxlu maraqlı xatirələr var. Onlardan biri Heydər Əliyevin oğlu, 8 yaşlı İlhamın Sviqunlar ailəsinə göndərdiyi şəkildir”.

Bu avtobuslarda gediş haqqı bahalaşdı - Sərnişinlərin DİQQƏTİNƏ!
Prezident müşavirə keçirdi - TAM MƏTN - FOTO - YENİLƏNİB
Avtobusda soyğunçuluq edən 3 nəfər saxlanıldı - VİDEO
Dumanlı hava şəraiti səbəbindən görünüş məhdudlaşacaq
Sabahdan Gəncə-Qəbələ-Gəncə qatarı fəaliyyətə başlayır
Zəif maqnit qasırğası proqnozlaşdırılır - Günəşdə aktivlik artıb
Azərbaycanda bu taksi şirkəti bağlanır
Vəfadan maşın-pul alanı Allah görbagor etsin - Kərimov - FOTO
Prezident İlham Əliyev deputatla bağlı sərəncam verdi - FOTO
Bakıda yeni avtomobil və piyada tunellərinin tikintisinə başlanıldı - FOTO - VİDEO
Dövlətə xəyanət edib başqa ölkəyə işləyən silahlı şəxs həbs olundu - DTX-dan ƏMƏLİYYAT











