İlham Əliyevin Maldiv Prezidenti ilə görüşü oldu - FOTO - YENİLƏNİB

Sentyabrın 1-də Çinin Tiencin şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzu ilə görüşü olub.
Avtosfer.az xəbər verir ki, Maldiv Prezidenti COP29 çərçivəsində Azərbaycana səfərini və dövlətimizin başçısı ilə görüşü zamanı aparılmış müzakirələri məmnunluqla xatırladı, COP29 konfransının yüksək səviyyədə təşkil olunduğunu qeyd etdi.
Prezident İlham Əliyev də öz növbəsində Məhəmməd Muizzu ilə Bakıda keçirdiyi görüşə toxundu, aparılmış müzakirələr zamanı qarşıya qoyulmuş tapşırıqlara uyğun olaraq Azərbaycan nümayəndə heyətinin Maldivə səfər etdiyini, orada siyasi məsləhətləşmələrin aparıldığını və iqtisadi-ticari, investisiya sahələrində əməkdaşlıq məsələlərinin müzakirə olunduğu vurğuladı.
Söhbət zamanı ölkələrimiz arasında turizm və insanlararası təmasların artırılması baxımından böyük potensialın olduğu qeyd edildi. Azərbaycandan Maldivə birbaşa uçuşların turizmin inkişafında roluna toxunuldu, viza prosedurunun sadələşdirilməsi, qarşılıqlı investisiyalar sahəsində əməkdaşlıq məsələləri, həmçinin ölkələrimiz arasında hüquq-müqavilə bazasının genişləndirilməsi məsələləri müzakirə olundu.
Məhəmməd Muizzu dövlətimizin başçısını Maldivə rəsmi səfərə dəvət etdi. Dəvət məmnunluqla qəbul olundu.
***09:41
Sentyabrın 1-də Çinin Tiencin şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzu ilə görüşü olub.
Avtosfer.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Fidan Azərbaycanla bağlı sevindirici xəbəri açıqladı
Bakıda piyada zonaları ilə bağlı VACİB MƏQAM - "Bunu etməsələr, effekt verməyəcək" - FOTO
Bakının bu rayonlarında söküntü planlaşdırılır - VİDEO
Prezident bu məmuru yüksək vəzifədən azad etdi - SƏRƏNCAM - FOTO
Azərbaycanda 6 gün qar yağacaq - XƏBƏRDARLIQ
İlham Əliyev Şuşa ilə bağlı qanunu imzaladı
"ADY" ötən il 400-ə yaxın blok-qatar qəbul etdi - FOTO - VİDEO
Azərbaycanın şimal-qərb bölgəsinə güclü qar yağır - VİDEO
Quba-Qusar yolunda son vəziyyət necədir? - VİDEO
Bu avtobuslarda gediş haqqı bahalaşdı - Sərnişinlərin DİQQƏTİNƏ!
Prezident müşavirə keçirdi - TAM MƏTN - FOTO - YENİLƏNİB











