İlham Əliyevlə Putin arasında telefon danışığı olub

Noyabrın 15-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Avtosfer.az xəbər verir ki, telefon danışığı əsnasında dövlət başçıları Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin bu ilin avqustunda Azərbaycana dövlət səfəri zamanı əldə edilmiş razılaşmaları, həmçinin Rusiyanın Baş naziri Mixail Mişustinin bu günlərdə Bakıya səfəri zamanı təmaslarını nəzərə alaraq, sənaye və nəqliyyat sahələrində qarşılıqlı faydalı layihələrin praktiki olaraq həyata keçirilməsi məsələlərini müzakirə ediblər.
Tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlıq və müttəfiqlik əlaqələrinin hərtərəfli inkişafının davam etdirilməsinə dair qarşılıqlı maraqlarını bir daha ifadə ediblər.
Müzakirə olunan məsələlərin icrası məqsədilə müxtəlif səviyyələrdə təmasların davam etdirilməsi razılaşdırılıb.
***
14:07
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Avtosfer.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
"Putin və Əliyev telefonla sənaye kooperasiyası və nəqliyyat sahəsində bir sıra qarşılıqlı faydalı layihələrin praktiki icrasını müzakirə ediblər. Bundan əlavə, tərəflər Moskva ilə Bakı arasında strateji tərəfdaşlıq və müttəfiqliyin gələcək inkişafında qarşılıqlı maraqlı olduqlarını təsdiqləyiblər", - məlumatda qeyd olunub.
(unikal)
Yollarda duman var - Sürücülərin nəzərinə!
İlqar Hacıyevin Bakıdakı əmlakları müsadirə edildi - Siyahı
İlham Əliyev Fərman imzaladı
Paşinyan dəmiryolu daşımalarına görə İlham Əliyevə TƏŞƏKKÜR EDİB
İlham Əliyevdən diplomatik xidmətə qəbulla bağlı FƏRMAN
Saleh Məmmədovun əsas adamları vəzifələrindən kənarlaşdırıldı - FOTO
Baş nazirdən hərbi qulluqçuların maaşları ilə bağlı - Qərar
Vasif Talıbovun YAXIN ADAMINA cinayət işi açıldı
Prezidentin qızları və gəlini Yaşama Dəstək Mərkəzində - FOTOLAR
Könül Həmzəyeva axtarışa verildi - Dələduzluğa görə
Avtomobil Yolları Dövlət Agentliyində ARAŞDIRMALAR APARILIR










