İlham İsmayıl sərbəst buraxıldı - YENİLƏNİB

"Nə məhkəmə görmüşəm, nə də məhkəməyə çıxarılmışam".
Avtosfer.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Bakıda dələduzluqda təqsirləndirilərək saxlanıldığı deyilən təhlükəsizlik eksperti İlham İsmayıl deyib.
Ekspert bildirib ki, barəsində yayılan məlumatlar yalandır:
"Bu məni şərləmək istəyən şəxslərin uydurmasıdır. Barəmdə heç bir cinayət işi yoxdur. Mən, sadəcə, polisə çağırılmışam, izahat verib, qayıtmışam. Nə məhkəmə görmüşəm, nə də məhkəməyə çıxarılmışam. Mən ümumiyyətlə məhkəməyə getməmişəm. Bu, şişirdilmiş bir məlumatdır.
Mən izahat yazıb çıxandan sonra telefonumu söndürmüşəm, məni şantaj edən adam da elə bilib ki, saxlanılmışam".
***13:48
Ekspert İlham İsmayıl sərbəst buraxılıb.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, məhkəmənin qərarı ilə onun barəsində həbs növündən olmayan digər qətimkan tədbiri seçilib.
Qeyd edək ki, İ.İsmayıl dələduzluqda ittiham edilir. Belə ki, İlham İsmayıl oğlu Cavidan İsmayılzadə vasitəsilə zərərçəkmiş Emin Məmmədzadəyə Almaniyadan avtomobil gətirəcəyinə dair vəd verib. Vəd edilən avtomobil 2018-ci il istehsalı və dəyəri 54 min ABŞ dolları olan “Range Rover” imiş.
İ.İsmayıl E.Məmmədzadədən ilkin olaraq 20 min ABŞ dolları (34 min manat) alıb. Bir müddət sonra maşının ölkəyə gətirilmədiyini görən E.Məmmədzadə məsələ ilə bağlı polisə şikayət edib.
Dələduzluq faktı ilə əlaqədar İlham İsmayıl barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə cinayət işi başlanıb. O, ötən gün Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışdı.
Prezident bu məmuru yüksək vəzifədən azad etdi - SƏRƏNCAM - FOTO
Azərbaycanda 6 gün qar yağacaq - XƏBƏRDARLIQ
İlham Əliyev Şuşa ilə bağlı qanunu imzaladı
"ADY" ötən il 400-ə yaxın blok-qatar qəbul etdi - FOTO - VİDEO
Azərbaycanın şimal-qərb bölgəsinə güclü qar yağır - VİDEO
Quba-Qusar yolunda son vəziyyət necədir? - VİDEO
Bu avtobuslarda gediş haqqı bahalaşdı - Sərnişinlərin DİQQƏTİNƏ!
Prezident müşavirə keçirdi - TAM MƏTN - FOTO - YENİLƏNİB
Avtobusda soyğunçuluq edən 3 nəfər saxlanıldı - VİDEO
Dumanlı hava şəraiti səbəbindən görünüş məhdudlaşacaq
Sabahdan Gəncə-Qəbələ-Gəncə qatarı fəaliyyətə başlayır











