İlhamə Elşadqızı hakim qarşısına çıxarıldı - FOTO

Bakı Ağır Cinayətlər Məhkəməsində İlhamə Elşadqızının məhkəmə iclası keçirilib.
Avtosfer.az xəbər verir ki, prosesdə onun vəkili vəsatətlə çıxış edib, müvəkkilinin barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını istəyib.
Vəsatət təmin olunmayıb.
İ.Elşadqızı bildirib ki, narkoman deyil: “Anam mənə necə tərbiyə verib, elə də böyümüşəm. Mən narkoman deyiləm, mənə böhtan atıblar. Haqqımda təhqiredici sözlər işlədiblər. Qanımı yoxladılar, təmiz çıxdı. Mən kasıb bir insanam, bu yaşa kimi təmiz yaşamışam. Mənim bəstələdiyim nəğmələri oxuyanlar var. Minlərlə tələbələrin içindən seçilmişəm. Atam böyük riyaziyyatçı olub. Mən evimə qayıtmaq istəyirəm. Televiziyada çıxış etmişəm, amma adım bir kişi ilə hallanmayıb. Sıradan bir insan deyiləm. Məni məhz "drel" ifadəsinə görə tutublar. Ağlı başında olan qadınam, gah dəlixanaya aparırlar, gah narkoman deyirlər. Düz 5 aydır əzab çəkirəm, mənim anamı ağladıblar. Mən elə-belə adam deyiləm. O, qədər əsərlər yazmışam. Cəmiyyət üçün işlər görmüşəm. Dəstək olmaq lazım idi mənə…"
Növbəti proses iyunun 11-də davam edəcək.
Qeyd edək ki, İlhamə Əskərovaya qarşı Cinayət Məcəlləsinin 234.1-1 (Satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi üzrə ittiham irəli sürülüb. Hakim ittiham olunduğu maddənin sanksiyasi ilə onu 3 ildən 8 ilə dək həbs oluna biləcəyini xatırladıb.(kulis.az)
Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti qismən bərpa olundu - YENİLƏNİB
NİİM işıqforlarla bağlı hərəkət iştirakçılarına müraciət etdi - FOTOLAR
Azərbaycan neftinin qiyməti rekord həddə bahalaşdı - SON RƏQƏM
Bu yolda sürət həddi endirildi - FOTO
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda duman olacaq
Bakıda yaşayanlara VACİB XƏBƏR! - Bu gündən etibarən...
Yollarda görünüş MƏHDUDLAŞACAQ - SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ!
Ermənistana göndərilən Rusiya taxılı Biləcəridən yola salınıb - FOTO - YENİLƏNİB
5 milyona görə Vasif Talıbovu günahlandırır - Bu məmurların da adı keçir
Dövlən Agentliyi MAXE qəbulu başladı - Yaş və boy bu qədər olmalıdır
Prezident yeni qanun imzaladı - Xərclər qismən geri ödəniləcək










