Banner

İlkin hərbi qeydiyyata getməməyə görə cərimə artırlır

Xəbərlər 23 Yanvar 2025 16:04 Oxunub 130
İlkin hərbi qeydiyyata getməməyə görə cərimə artırlır
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İlkin hərbi qeydiyyata alınmalı olan vətəndaşın icra hakimiyyəti orqanına getməməsinə görə cərimələrin məbləği dəyişir.

Avtosfer.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb. 

Layihəyə əsasən, ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşların qeydiyyata alınmaq üçün fərdi çağırış vərəqəsində göstərilmiş müddətdə üzrlü səbəblər olmadan müvafiq icra hakimiyyəti orqanına gəlməməsinə görə 100 manat məbləğində cərimə edilir. 

Qüvvədə olan qanuna əsasən, sözügedən cərimənin məbləği 30 manatdır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh