İlkindən benzinin bahalaşmasına ETİRAZ: "Həftəlik büdcəyə 30 manat..." – VİDEO
Xəbərlər
13 İyul 2022 15:58
Oxunub 904

"Pisəm. Həftəlik büdcəyə 30 manat əlavə olundu".
Avtosfer.az xəbər verir ki, bu sözləri aktyor və aparıcı İlkin Həsəni sosial şəbəkə hesabında yanacaqdoldurma məntəqəsindən aldığı çekin fotosunu paylaşarkən yazıb.
İ.Həsəni “Aİ-95” və “Aİ-98” markalı benzinin qiymətlərinin bahalaşmasına etirazını bildirib.
Qeyd edək ki, Azərbaycanda iyul ayının 12-dən 13-nə keçən gecə "Aİ-95" premium markalı benzinin satışı 2,00 AZN-dən, "Aİ-98” markalı benzinin satışı isə 2,30 AZN-dən həyata keçirilməyə başlanıb.
Rəşad Əliyev, Bizim.Media

Bizim.Media
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













