Banner

İllər sonra cinayətlərin üstü açıldı - 45 nəfər TUTULDU

Xəbərlər 12 Avqust 2022 11:49 Oxunub 800
İllər sonra cinayətlərin üstü açıldı - 45 nəfər TUTULDU
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Avqustun 11-də ölkə ərazisində qeydə alınan 56, əvvəlki dövrlərdən bağlı qalan 11 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 43, o cümlədən borclu şəxs qismində axtarılan 33 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən dörd yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb. Narkotiklərlə əlaqəli 32, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı bir fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh