İlon Mask bu işindən ayrılır

Milyarder, iş adamı, “SpaceX” və “Tesla”nın baş direktoru İlon Mask hər gün bir xəbərlə gündəm yaradır.
Ötən aylarda 44 milyard dollara “Twitter” sosial platformasını satın alan İlon Mask “Tesla”nın CEO-luğunu təhvil verməyə hazırlaşır.
Avtosfer.az xəbər verir ki, Çin xəbər saytları bununla bağlı məlumat yayıb.
Məlumatda İlon Maskın şirkətdəki CEO-luğunu “Tesla”nın Çindəki rəhbəri Tom Zu-ya təhvil verəcəyi iddia edilib. Həmçinin Tom Zu-nun 2014-cü ildə “Tesla”da “Supercharger” proqramının direktoru kimi işə başladığı və qısa müddətdə şirkətin Çində sədrliyə yüksəldiyi qeyd edilib.
Tez-tez müsahibələrində müdir olmaqdan nifrət etdiyini və vaxtının daha çoxunu mühəndisliyə sərf etmək istədiyini dilə gətirən Mask yayılan xəbərlərlə bağlı hələlik heç bir açıqlama verməyib.
Bakıda fəaliyyət göstərən taksi Sumqayıta getsə cərimələnəcək? - VİDEO
Poti-Bakı ekspres blok-qatarı yola salındı - FOTOLAR
Kamran Əliyev Abşeronun prokurorunu işdən çıxardı - FOTO
Prezident sərancam imzaladı - Şahin Bağırovun rütbəsi artırıldı
Prezident İlham Əliyev onları təltif etdi - SƏRƏNCAM
ADY sədri gürcü həmkarı ilə görüşdü - FOTOLAR
Bakının mərkəzi prospektində AVTOBUS ZOLAĞI LƏĞV OLUNUR? - VİDEO
Yenicə vəzifə verilmişdi, işdən ÇIXARILDI
Bakının bir küçəsi bu gündən tam bağlanır - SƏBƏB - FOTO
Xırdalanda açılacaq tunel bu vaxtdan istifadəyə veriləcək – Rəsmi AÇIQLAMA
Prezident onu nazir müavini vəzifəsindən AZAD ETDİ











