İlon Mask yeni şəhər yaradır

Xəbərlər 3 Mart 2021 09:50 Oxunub 1604
İlon Mask  yeni şəhər yaradır
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Amerikalı sahibkar, “Tesla” və “SpaceX” şirkətlərinin banisi İlon Mask bildirib ki, Texas ştatında yeni şəhər yaradır.

Report xəbər verir ki, sahibkar bu barədə özünün tvitterdəki səhifəsində yazıb.

"Starbeyz (“Starbase”) şəhərini yaradıram, Texas", - Mask tvitterdə yazıb.

Sahibkar qeyd edib ki, onun şəhərinin ərazisi “SpaceX” kosmodromunun yerləşdiyi Boka-Çika kəndinin sahəsindən böyük olacaq. Bundan başqa, Maskın sözlərinə görə, yeni şəhərdə itlərə çox yaxşı münasibət bəsləyəcəklər. Şəhərin rəhbəri "doq" titulunu (italyanca "doge", ingilis "dog" - it) daşıyacaq.

Mask ötən ilin sonunda bildirib ki, Kaliforniyadan Texasa köçüb.

Maraqlıdır ki, dünyanın ən zəngin insanlarından biri olan Mask daha əvvəl Mars planetində məskunlaşmaq üçün bütün əmlakını satmağa qərar verdiyini bildirib. Sahibkar qeyd edib ki, başqa planetdə şəhərin tikintisi əhəmiyyətli yatırımlar tələb edəcək. Bu onu əmlakını satmağa məcbur edən səbəblərdən biridir. Digər səbəb isə söhbət Marsdan getdikdə onun nə qədər qətiyyətli olduğunu nümayiş etdirmək istəyidir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh