İlon Maskın yüz milyon dollarlıq vədi

Xəbərlər 22 Yanvar 2021 09:52 Oxunub 766
İlon Maskın yüz milyon dollarlıq vədi
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Amerikalı iş adamı İlon Mask karbon qazının saxlanılması üçün ən effektiv metodu işləyib hazırlayana mükafat vəd edib.

Avtosfer.az xəbər verir ki, milyarder bu barədə özünün “Twitter” səhifəsində yazıb.

“Karbonun saxlanılması üçün ən yaxşı texnologiya müqabilində 100 milyon dollar mükafat verəcəm. Daha ətraflı gələn həftə”, - deyə milyarder qeyd edib.

Bundan əvvəl İlon Mask Marsda müstəmləkə salınmasına sərmayə yatırmaq üçün bütün əmlakını satmaq niyyətində olduğunu bildirmişdi.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh