İmamverdi İsmayılovun hekayəsi Türkiyə mətbuatında - FOTO

Yazıçı, millət vəkili İmamverdi İsmayılovun “Bayquş və qarovulçu” hekayəsi Türkiyədə nəşr olunan, məşhur yazarların və görkəmli ədəbiyyat simalarının da imzalarının yer aldığı “Türk ədəbiyyatı aylıq fikir və sənət dərgisi”ndə işıq üzü görüb.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu hekayə milli mətbuatımızda, populyar ədəbi dərgilərimizdə və müxtəlif yerli saytlarımızda dəfələrlə dərc olunaraq geniş oxucu kütləsinin rəğbətini qazanıb.
Qeyd edək ki, “Bayquş və qarovulçu” hekayəsi haqqında dəyərli imza sahibləri, akademiklər, yazıçı və ədəbiyyat tənqidçilərinin resenziyaları, analitik müəllif rəy və yazıları, dəyərli fikirləri dərc olunub.
Son zamanların ədəbi hadisəsinə çevrilən hekayə Türkiyə mətbuatının da diqqətini cəlb edib. Belə ki, İ.İsmayılovun “Bayquş və qarovulçu” hekayəsini türk xalqları ədəbiyyatının təəssübkeşi, Azərbaycan mədəniyyəti və ədəbiyyatına hər zaman böyük sevgi ilə yanaşan, şair və yazıçılarımızın əsərlərini türk dilinə tərcümə edən tanınmış türk şairi və yazıçısı, tərcüməçi İmdat Avşar çevirib.
Böyük ədəbi zövqlə tərcümə edilən hekayə Türkiyədə yüksəktirajlı və ən çox oxunan “Türk ədəbiyyatı aylıq fikir və sənət dərgisi”nin sentyabr nömrəsində qardaş oxucularımıza təqdim olunub.


Sahil Babayevin yeni hədəfləri: Antiinhisar Maliyyə Nazirliyinin tabeliyinə verilə bilər
Bir icra başçısı işdən çıxardı, digəri vəzifə verdi - FOTO
Bu obyektlərə hüquqi mühafizə verilməyəcək - Prezident təsdiqlədi
Azərbaycanda yeni təqaüd təsis olundu - FƏRMAN
Müdafiə nazirinin yanındakı general kimdir? - DOSYE - FOTO
Bu yolda sürət həddi bərpa edildi
Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti qismən bərpa olundu - YENİLƏNİB
NİİM işıqforlarla bağlı hərəkət iştirakçılarına müraciət etdi - FOTOLAR
Azərbaycan neftinin qiyməti rekord həddə bahalaşdı - SON RƏQƏM
Bu yolda sürət həddi endirildi - FOTO
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda duman olacaq










