Banner

İmişlidə yol polisi maşında silah gəzdirən şəxsləri saxlayıb - FOTO

Xəbərlər 14 Yanvar 2022 13:17 Oxunub 830
İmişlidə yol polisi maşında silah gəzdirən şəxsləri saxlayıb   - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi məqsədilə tədbirlər davam etdirilir. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən Saatlı rayon sakini Rüfət Əliyev idarə etdiyi “VAZ-2106” markalı avtomobillə saxlanılıb. Nəqliyyat vasitəsinə keçirilən baxış zamanı R.Əliyevə və sərnişini Emil Musayevə məxsus müvafiq sənədləri olmayan iki ədəd “Tula” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Faktla bağlı İmişli Rayon Polis Şöbəsində araşdırmalar aparılır. Həmin silahların hər hansı bir cinayət hadisəsində istifadə edilib-edilməməsi araşdırılır.

 

Şəfa

ŞƏRH YAZ
Ad

E-mail

Şərh