Banner

İmişlidə asfaltlama işləri davam etdirilir - FOTO

Xəbərlər 4 Mart 2025 09:18 Oxunub 354
İmişlidə asfaltlama işləri davam etdirilir - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İmişli şəhəri ərazisində avtomobil yollarının əsaslı təmiri istiqamətində görülən işlər çərçivəsində uzun müddətdir baxımsız vəziyyətdə olan Ə.Qurbanov, N.Nərimanov, M.Ə.Rəsulzadə, Muğan, Xəzər və R.Məmmədov küçələrinin avtomobil yollarına yeni asfalt örtüyü çəkilib.

Avtosfer.az xəbər verir ki, əsaslı təmir işləri, yolda avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə üfüqi nişanlanma xətlərinin rənglənməsi işlərini də əhatə edib. 

Yeni asfalt örtüyü sakinlərin rahat və təhlükəsiz şəkildə hərəkət etmələrinə imkan yaratmaqla yanaşı, yolun daha estetik və müasir görünüş almasını təmin edib.

Qeyd edək ki, İmişlidə yol infrastrukturunun yenilənməsi ilə əlaqədar reallaşdırılan məqsədyönlü tədbirlər davamlı xarakter daşıyır və görülən işlər əhalinin gündəlik həyat şəraitinin yaxşılaşdırılmasına töhfə verir.   

 







 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh