İmişlidə dezinfeksiya işləri mütəmadi həyata keçirilir - FOTO

İmişli Rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizənin daha da genişləndirilməsi və əhalinin sağlamlığının qorunması məqsədi ilə Nazirlər Kabineti yanında fəaliyyət göstərən Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq zəruri tədbirlərin görülməsi davam etdirilir.
RİH-dən Avtosfer.az-a verilən məlumata görə, ötən gün rayonun H.Əliyev prospektində, N.Savalanov, 20 Yanvar, M.Əsədov, H.Aslanov, T.İsmayılov, S.Qazıyeva və P.Həsənov küçələrində xüsusi kimyəvi maddələrlə gücləndirilmiş dezinfeksiya işləri həyata keçirilib.
Mərkəzi küçələrlə yanaşı rayonun çoxmərtəbəli yaşayış binalarında, yol kənarlarında, parklarda, obyektlərin qarşısında və sakinlərin ən çox istifadə etdiyi digər yerlərdə dezinfeksiyaedici aparatlarla tibbi-profilaktiki işlər aparılmışdır. Eyni zamanda sosial müavinətlərin və təqaüdlərin verilməsi ilə bağlı yerli bankların önündə yarana biləcək sıxlığın qarşısının alınması məqsədi ilə həmin ərazilərə rayon İcra Hakimiyyətində yaradılmış mobil qruplar tərəfindən ciddi nəzarət edilir.
Qeyd edək ki, İmişli rayonu ərazisində tibbi-profilaktik və dezinfeksiya işləri mütəmadi olaraq davam etdirilir.
Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi
Sürücülərin nəzərinə! - Görünüş məsafəsi məhdudlaşacaq
Televiziya əməkdaşı adı ilə pul tələb edən şəxs saxlanıldı - FOTO
Allahşükür Paşazadənin oğlu yüksək vəzifəsindən AZAD EDİLDİ
"AzParking”dən qeyri-qanuni parklanma halları ilə bağlı sürücülərə xəbərdarlıq
Polis Bakıda əməliyyat keçirdi - İşin içində İran vətəndaşı da var - VİDEO
Naxçıvan sakinlərinə ŞAD XƏBƏR - Sərəncam imzalandı
Elşad Abdullayevin onmilyonlarla manatlıq əmlakları MÜSADİRƏ EDİLDİ - SİYAHI
Sifarişli daşımalara buraxılış vəsiqəsinin verilməsi üçün tələblər sərtləşdirilir
Bu halda avtomobil cərimə meydançasından dərhal çıxarılacaq - FOTO
Bu şəxslərə “Tərəqqi” medalı verilib - SİYAHI
Fuad Nəcəfli istintaqa cəlb edildi








