Banner

İmişlidə əməliyyat: Beş kiloqramdan artıq narkotik götürüldü - FOTO

Xəbərlər 10 Fevral 2022 10:38 Oxunub 1620
İmişlidə əməliyyat:  Beş kiloqramdan artıq narkotik götürüldü - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İmişli Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı uğurlu əməliyyat tədbiri keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində rayon sakini Ələsgər Nuralıyev rayonun Otuziki kəndi ərazisində saxlanılıb. 

Onun üzərinə keçirilən baxış zamanı 1 kiloqram 900 qram narkotik maddə olan heroin, 1 kiloqram 300 qram metamfetamin və 2 kiloqramdan artıq marixuana aşkar edilərək götürülüb.

Dindirilmə zamanı həmin şəxs qanunsuz əməllə məşğul olduğunu etiraf edib. 

Faktla bağlı İmişli RPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh