İmişlidə klinikadan oğurluq edən şəxs saxlanılıb - FOTO
İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yerləşən klinikaların birindən oğurluq etməkdə şübhəli bilinən Ağdam rayon sakini, əvvəllər törətdiyi müxtəlif cinayət əməllərinə görə dəfələrlə məhkum olunmuş Ceyhun Salahov saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, ilkin dindirmə zamanı saxlanılan şəxs törətdiyi oğurluq əməlini etiraf edib.
Araşdırmalar zamanı məlum olub ki, C.Salahov fevralın 1-də klinikada yerləşən iş otaqlarının birinə qanunsuz daxil olaraq orada saxlanılan 8 750 manat pulu ələ keçirib və həmin məbləğin bir qismini şəxsi ehtiyaclarına xərcləyib. Polis əməkdaşları tərəfindən saxlanılan zaman isə ondan 6000 manat pul maddi sübut kimi götürülüb.
Faktla bağlı İmişli RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Fidan Azərbaycanla bağlı sevindirici xəbəri açıqladı
Bakıda piyada zonaları ilə bağlı VACİB MƏQAM - "Bunu etməsələr, effekt verməyəcək" - FOTO
Bakının bu rayonlarında söküntü planlaşdırılır - VİDEO
Prezident bu məmuru yüksək vəzifədən azad etdi - SƏRƏNCAM - FOTO
Azərbaycanda 6 gün qar yağacaq - XƏBƏRDARLIQ
İlham Əliyev Şuşa ilə bağlı qanunu imzaladı
"ADY" ötən il 400-ə yaxın blok-qatar qəbul etdi - FOTO - VİDEO
Azərbaycanın şimal-qərb bölgəsinə güclü qar yağır - VİDEO
Quba-Qusar yolunda son vəziyyət necədir? - VİDEO
Bu avtobuslarda gediş haqqı bahalaşdı - Sərnişinlərin DİQQƏTİNƏ!
Prezident müşavirə keçirdi - TAM MƏTN - FOTO - YENİLƏNİB











