İmişlidə ödəmə terminalının pul qutusu oğurlanıb
Xəbərlər
3 Avqust 2023 13:38
Oxunub 774

İmişlidə ödəmə terminalının pul qutusu oğurlanıb.
Bu barədə Avtosfer.az-a DİN-in Mətbuat xidmətindən bildirilib.
Belə ki, DİN-in Baş Cinayət Axtarışı İdarəsi və İmişli Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində rayonun Qızılkənd kəndi ərazisindəki mağazaların birindən 70 manat pul, 2575 manat dəyərində tütün məmulatı və orada quraşdırılan ödəmə terminalından içərisində 9200 manat olan pul qutusunu oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş Turan Rzayev və Bakı şəhər sakini Eyyub Məmmədov saxlanılıblar.
Fakt üzrə araşdırma aparılır.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













