Banner

İmişlidə şəhid adlarına olan küçələr asfaltlandı - FOTO

Xəbərlər 10 Fevral 2025 10:36 Oxunub 470
İmişlidə şəhid adlarına olan küçələr asfaltlandı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Son vaxtlar İmişli Rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində avtomobil yollarının yenidən qurulması ənənə halını alıb.

Avtosfer.az xəbər verir ki, İmişli şəhərində şəhid Emin Süleymanov və Əmral Xəmmədovun adını daşıyan küçələrin avtomobil yolları yenidən qurulub.

Sözügedən avtomobil yollarında layihə üzrə aparılan yenidənqurma işləri çərçivəsində torpaq yatağının yararsız hissələri qazılaraq çıxarılıb. Karxana çınqılı materialından torpaq yatağının bərpası və qazılmış hissələrin doldurulması işləri görülüb, yol əsası inşa olunub, yeni asfalt-beton örtüyü çəkilib. Yenidənqurma işləri üfüqi nişanlanma xətlərinin rənglənməsi işlərini də əhatə edib.   

Qeyd edilib ki, yeni asfalt örtüyü ilə təmin edilən Emin Süleymanov və Əmral Xəmmədov küçələri sakinlər üçün daha rahat və təhlükəsiz hərəkət imkanı yaradıb. Eyni zamanda bu cür layihələr, şəhidlərimizin adını əbədiləşdirmək və onların ailələrinə olan dövlət qayğısını göstərmək baxımından mühüm əhəmiyyət kəsb edir.

 





ŞƏRH YAZ
Ad

E-mail

Şərh