İndiyədək azad edilmiş ərazilərə iki mindən çox ailə köçürülüb - RƏSMİ

İyulun 31-nə olan məlumata görə, azad edilmiş ərazilərə 2 036 ailə, yəni 7 901 nəfər köçürülüb.
Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib k, Füzuli şəhərinə 822 ailə (3132 nəfər), Şuşa şəhərinə 147 ailə (570 nəfər), Laçın şəhərinə 552 ailə (2031 nəfər), Xocalı şəhərinə isə 44 ailə (169 nəfər) köçürülüb.
Bundan başqa, azad edilən Talış kəndinə 20 ailə (90 nəfər), Ağalı kəndinə 175 ailə (871 nəfər), Sus kəndinə 59 ailə (215 nəfər), Zabux kəndinə isə 217 ailə (823 nəfər) köçürülüb.
Qeyd edək ki, hazırda işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. Həmin ərazilərdə ilk növbədə, müasir infrastruktur formalaşdırılır, dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya üçün zəruri şərait yaradılır. Dövlət başçısının 16 noyabr 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"na əsasən, əhalinin doğma yurduna qayıdışı davam edir.
Şəffaflığı və ədalətliliyi təmin etmək üçün öncəliklə vətəndaşlar arasında püşkatma keçirilir, məcburi köçkünlər əvvəlcədən onların ailə tərkibinə uyğun olaraq ayrılmış mənzillərin yerləşdiyi bina və mərtəbənin yerini müəyyənləşdirilir. Püşkatmada iştirak etmiş sakinlər mərhələli şəkildə doğma yurdlarına köçürülür.
(report)
Prezident bu məmuru yüksək vəzifədən azad etdi - SƏRƏNCAM - FOTO
Azərbaycanda 6 gün qar yağacaq - XƏBƏRDARLIQ
İlham Əliyev Şuşa ilə bağlı qanunu imzaladı
"ADY" ötən il 400-ə yaxın blok-qatar qəbul etdi - FOTO - VİDEO
Azərbaycanın şimal-qərb bölgəsinə güclü qar yağır - VİDEO
Quba-Qusar yolunda son vəziyyət necədir? - VİDEO
Bu avtobuslarda gediş haqqı bahalaşdı - Sərnişinlərin DİQQƏTİNƏ!
Prezident müşavirə keçirdi - TAM MƏTN - FOTO - YENİLƏNİB
Avtobusda soyğunçuluq edən 3 nəfər saxlanıldı - VİDEO
Dumanlı hava şəraiti səbəbindən görünüş məhdudlaşacaq
Sabahdan Gəncə-Qəbələ-Gəncə qatarı fəaliyyətə başlayır











