İndiyədək təqdim edilən şəhid ailəsi vəsiqələrinin sayı açıqlanıb
Xəbərlər 16 Aprel 2021 13:12 Oxunub 144
İndiyədək təqdim edilən şəhid ailəsi vəsiqələrinin sayı açıqlanıb

“Bu günə qədər 44 günlük Vətən müharibəsinin 2 342 şəhid ailəsinin 4 294 üzvünə şəhid ailəsi vəsiqələri təqdim edilib”.

Avtosfer.az xəbər verir ki, bunu Sosial Xidmətlər Agentliyinin idarə heyətinin sədri Vüqar Behbudov “Sosial saat”da çıxışı zamanı deyib.

O qeyd edib ki, proses davam edir: "Əməkdaşlarımız səyyar şəkildə yerindəcə şəhid ailələrinin üzvləri ilə görüşüb xidmət göstərirlər”.

Qeyd edək ki, şəxsin şəhid hesab edilməsi üçün tələb olunan sənədlər əsasında şəxsə şəhid, ailə üzvlərinə isə şəhid ailəsi üzvü statusu verilməsi barədə 1 aydan gec olmayaraq arayış verilir. Həmin arayış əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli struktur bölmələri tərəfindən şəhid ailəsi vəsiqəsi verilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh